Sitqlogge

Sitqlogge
Zytglogge
Xəritə
46°56′53″ şm. e. 7°26′52″ ş. u.
Ölkə  İsveçrə
Şəhər Bern
Yerləşir Bern
Tikilmə tarixi 12181220
Üslubu roman memarlığı
Hündürlüyü 54,5 m
Rəsmi adı: Old City of Berne
TipiMədəni
Kriteriyaiii
Təyin edilib1983
İstinad nöm.267
Dövlətİsveçrə
RegionAvropa
İsveçrənin Milli Mədəni İrsi
İstinad nöm.665
Sitqlogge (İsveçrə)
Sitqlogge
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sitqlogge (alm. ZytgloggeIPA: [ˈtsi(t)ˌklɔkə]; və ya Tsaytqlokkenturm alm. Zeitglockenturm‎) — İsveçrənin Bern şəhərinin mərkəzində yerləşən ən mühüm orta əsr qüllələrindən biridir. XIII əsrdə tikilmiş qüllə, gözətçi binası, həbsxana, şəhər həyatının mərkəzində yerləşən saat qülləsi və cəmiyyətin xatirəsi olaraq xidmət göstərmişdi.

Mövcud olduğu 800 il ərzində bir çox təmir və yenidənqurma işlərinə məruz qalmasına baxmayaraq, Sitqlogge özünün XV əsrdə hazırlanmış astronomik saatı ilə böyük turist axınına səbəb olmuş və Bern şəhərinin ən tanınan simvollarından birinə çevrilmişdi. 1983-cü ildə Sitqlogge Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi.


Developed by StudentB